admitt Logo

İstifadə Şərtləri və Qaydaları

Haqqımızda

Platforma Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə uyğun fəaliyyət göstərən, xaricdə təhsil prosesini sadələşdirmək məqsədilə yaradılmış rəqəmsal platformadır. Platforma tələbələrə və valideynlərə etibarlı, şəffaf və müasir texnologiyalar əsasında xidmət göstərir.

Bu razılaşma admitt veb-saytının (bundan sonra – "Platforma") istifadə şərtlərini və qaydalarını müəyyən edir.

Anlayışlar

Platforma - İstifadəçilərə təhsil proqramları tapmaq, sənədləri yükləmək və müraciət prosesini idarə etmək üçün imkan verən veb-sayt.

Xidmətlər – Platforma tərəfindən təklif edilən xidmətlər və dairəsi bu razılaşma ilə müəyyən edilən xidmətlər.

İstifadəçi – Platformada qeydiyyatdan keçən və Platformanın xidmətlərindən istifadə edən şəxslər.

OTP - Qeydiyyat və ya giriş zamanı istifadəçinin nömrəsinə göndərilən və hesabın təsdiqlənməsi üçün istifadə olunan birdəfəlik kod.

İstifadə Şərtləri və Qaydaları – İstifadəçi ilə Platforma arasında bağlanmış, elektron qaydada qeydiyyat və təsdiq vasitəsilə qüvvəyə minən müqavilə.

1. İstifadə Şərtləri və Qaydaları

1.1. Platformadan istifadə edən şəxslər İstifadə Şərtləri və Qaydalarını qəbul etmiş hesab olunurlar.

1.2. İstifadə Şərtləri və Qaydaları qəbul edərək bu münasibətə girən İstifadəçilər şərtlərin elektron cihazlar vasitəsilə qeydiyyatdan keçmək və təsdiq etmə ilə təşkil ediləcəyini, bu şərtlərin yazılı imza ilə bağlanan şərtlərlərlə eyni hüquqi qüvvəyə malik olub, eyni nəticələrə səbəb olacağını qəbul edir.

2. Platformadan istifadə

2.1. Qeydiyyat zamanı İstifadəçi fərdi məlumatları (ad, soyad, e-poçt ünvanı, telefon nömrəsi, cins, yaş) və ya istəyə bağlı olaraq valideynin əlaqə nömrəsi də daxil edərək müvafiq olaraq şifrə təyin edir.

2.2. Hesabın yaradılması üçün telefon nömrəsinə göndərilən OTP kodunu daxil edərək istifadəçi öz mobil nömrəsini təsdiq edərək hesab yarada bilər. Hesab yaradıldıqdan sonra hesaba daxil olmaq üçün elektron poçt ünvanı və İstifadəçi tərəfindən qeydiyyat prosesində təyin edilmiş şifrə yazılmalıdır.

3. Xidmətlərin Təsviri

3.1. Platforma, İstifadəçilərə xaricdə təhsil prosesi ilə bağlı müxtəlif və kompleks xidmətlər təqdim edir. Bu xidmətlərə aşağıdakılar daxildir:

  • İstifadəçinin təqdim etdiyi məlumatlar (imtahan nəticələri, seçdikləri ixtisas, sertifikatları və s.) əsasında uyğun təhsil proqramlarının müəyyən edilməsi;
  • İxtisas və təhsil proqramı seçimi ilə bağlı konsultasiyalar;
  • Zəruri sənədlərin yüklənməsi və yoxlanılması;
  • Müraciətlərin aidiyyəti universitetlərə göndərilməsi və qəbul cavablarının əldə olunması;
  • Digər əlaqəli xidmətlər.

3.2. Konsultasiya mərhələsindən sonrakı mərhələlərdə seçilmiş xidmətlərlə bağlı Platforma və İstifadəçi müvafiq qaydada müqavilə imzalayacaq. Müqavilə həm Platforma vasitəsilə, həm də fiziki qaydada imzalana bilər. Konsultasiya və ondan əvvəlki mərhələlərdəki xidmətlərdən istifadə etmək üçün İstifadəçinin Platfromada qeydiyyatdan keçməsi kifayətdir.

4. Məsuliyyət

4.1. Platforma universitetlərin qəbul qərarlarına, viza orqanlarının cavablarına və digər üçüncü tərəflərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. Platforma yalnız xidmətlərin vaxtında və düzgün təqdim olunmasına görə məsuliyyət daşıyır. Platforma hər hansı bir təhsil müəssisəsinə qəbul olunmağa zəmanət vermir.

4.2. Platforma heç bir halda İstifadəçi və ya hər hansı üçüncü tərəf qarşısında Xidmətlərdən istifadə edilməsi ilə bağlı yarana biləcək hər hansı dolayı və ya təsadüfi zərərlərə görə məsuliyyət daşımır.

4.3. İstifadəçi təqdim etdiyi yanlış və ya natamam məlumatlara görə yaranan hər hansı nəticəyə görə özü məsuliyyət daşıyır. İstifadəçi yalnız düzgün və tam məlumat təqdim etməlidir. Saxta və ya qeyri-dəqiq məlumat təqdim olunarsa, məsuliyyət tam şəkildə İstifadəçinin üzərinə düşür.

4.4. İstifadəçi qanunsuz məqsədlər üçün Platformadan istifadə etməməlidir.

4.5. İstifadəçi, Platformada qeydiyyatdan keçərək profilinə daxil etdiyi özünə aid fərdi məlumatların (şəkil, yazı və s.) Platforma xidmətlərini yerinə yetirməkdə iştirak edən hər kəs tərəfindən bilinməsini təsdiq etdiyini öz razılığı ilə qəbul edir. Platformanın xidmətlərinin icrasında iştirak edən şəxslər tərəfindən İstifadəçi məlumatlarına giriş zəruridir.

4.6. Platforma, İstifadəçiyə məxsus profili, İstifadəçi tərəfindən profildə uyğunsuz məzmun (şəkil və s.) paylaşılarsa, sonuncuya heç bir bildiriş göndərmədən, nəticə etibarı ilə məlumat vermədən silməyi, bilavasitə Platforma-nin təklif etdiyi xidmətlərdən istifadəsindən məhrum etmək hüququnu özündə saxlayır, İstifadəçiyə məxsus profil yuxarıda qeyd olunan halda silinərsə, Platforma tərəfindən İstifadəçiyə, onun tərəfindən edilmiş hər hansı ödəniş geri qaytarılmır.

5. Əqli mülkiyyət

5.1. Platformada yerləşdirilən bütün materiallar (dizayn, mətn, proqram təminatı və s.) Platformanın mülkiyyətidir. İstifadəçi tərəfindən yüklənmiş fərdi məlumat və sənədlər isə İstifadəçinin mülkiyyətində qalır, yalnız xidmətlərin göstərilməsi, təkmilləşdirilməsi və ya marketinq məqsədilə Platforma tərəfindən istifadə olunur. Platforma həmin məzmundan göstədiriyi xidmətə uyğun olaraq istədiyi kimi istifadə etmək, onu dəyişdirmək və ya paylaşmaq hüququna sahib olur. İstifadəçi həmin məzmun üzərində heç bir tələb irəli sürə bilməz.

5.2. İstifadəçi Platformaya hər hansı bir məzmun yükləyərkən, bu məzmunun qanuni olaraq ona məxsus olduğunu, yəni heç bir hüquq iddiası olmadığı anlamına gəlir. Əgər məzmun başqasına məxsusdursa və ya digər hüquq iddialarına səbəb olursa, İstifadəçi bu səbəbdən yaranan zərərlər və itkilər üçün məsuliyyət daşıyır. Məsələn, əgər yüklədiyi məzmun üzərində başqa bir şəxs iddia irəli sürərsə, İstifadəçi bu iddiaların nəticələrinə görə məsuliyyət daşıyır.

6. "Kuki" siyasəti

6.1. Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP ünvanınız, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır. Bir çox tədbiqlərdə olduğu kimi, İstifadəçiləri üçün xidmət səviyyəsinin artırılması məqsədilə kukilərdən və digər texnologiyalardan faydalanılır. Sizi istifadəçi kimi tanımaq və Sizin istifadə etdiyiniz xidmətləri və digər onlayn kontenti tənzimləmək, reklam aksiyalarının effektivliyini ölçmək və analitikaları yerinə yetirmək, eləcə də riskləri azaltmaq, potensial saxtakarlığın qarşısını almaq, vebsaytımızda və xidmətlərimizdə etibarlılığın və təhlükəsizliyin artırılması üçün "kuki faylları" və geolokasiya texnologiyalarından da istifadə edə bilər.

6.2. İstifadəçi brauzer parametrlərində kukilərin istifadəsini məhdudlaşdıra və ya tamamilə bloklaya bilər. Bu halda Platformanın bəzi funksionallıqları tam işləməyə bilər.

7. Fərdi məlumatların toplanılması

7.1. Platforma İstifadəçilərin fərdi məlumatlarını "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanunu əsasında toplayır. Bu məlumatlar İstifadəçinin xaricdə təhsil prosesi ilə bağlı göstəriləcək xidmətlərin göstərilməsi üçün istifadə olunur. Fərdi məlumatların mühafizəsi rejimi ilə bağlı daha detallı məlumat almaq üçün Məxfilik Siyasətinə keçid edə bilərsiniz.

7.2. Toplanılan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

  • İstifadəçiləri Xidmətlərlə təmin etmək məqsədi ilə;
  • İstifadəçilərə təqdim edilən xidmətlərin keyfiyyətini inkişaf etdirmək məqsədi ilə;
  • İstifadəçilərin xaricdə təhsil prosesini izləmək məqsədi ilə;

7.3. İstifadəçilərin fərdi məlumatları təhlükəsizlik tədbirləri ilə qorunur. Platforma müasir təhlükəsizlik texnologiyalarını və standartlarını tətbiq edərək məlumatlara icazəsiz giriş, onları dəyişdirmə hallarından qorunmasını təmin edir.

7.4. Platforma İstifadəçilərin fərdi məlumatlarını üçüncü tərəflərlə aşağıdakı hallarda paylaşa bilər:

  • Qanunvericilikdə göstərilən və Xidmətlərin təqdim edilməsi ilə bağlı olan digər hallarda.

Xidmətlərin göstərilməsi məqsədilə üçüncü tərəf xidmət təminatçıları (podratçılar) ilə əməkdaşlıq edilə bilər. Bu hallarda, məlumatların qorunması ilə bağlı müvafiq müqavilələr bağlanır və həmin müqavilələrin şərtləri istifadəçi məlumatlarının Platforma tərəfindən qorunma şərtləri ilə eyni səviyyədə qorunmasını təmin etməyə borcluluğu özündə əks etdirir.

7.5. İsifadəçilər fərdi məlumatlarının idarə olunması ilə bağlı aşağıdakı hüquqlara malikdirlər:

  • İstifadəçilər öz fərdi məlumatlarına baxa və onları yeniləyə bilərlər.
  • İstifadəçilər fərdi məlumatlarının silinməsi üçün tələblər irəli sürə bilərlər.

7.7. Platforma məxfilik siyasətində və məlumatların qorunması ilə bağlı dəyişikliklər edə bilər. İstifadəçilər bu dəyişiklikləri Platformanın veb-saytında yerləşdirilən Məxfilik Siyasətinə nəzər yetirərək görə bilərlər.

7.8. İstifadəçilər fərdi məlumatları ilə bağlı hər hansı bir sual və ya narahatlıqları olduqda, Platforma ilə əlaqə saxlaya bilərlər. Əlaqə üçün uyğun kanallar Platformanın veb-saytında göstərilmişdir.

8. Dəyişikliklər

8.1. Platforma xidmətin hər hansı bir funskiyanı istənilən vaxt dəyişdirmək, yeniləmək və ya dayandırmaq hüququnu özündə saxlayır. Bu, yeni xüsusiyyətlərin əlavə edilməsi, mövcud funksionallığın dəyişdirilməsi və ya müəyyən məzmunun çıxarılmasını əhatə edə bilər. İstifadə və qaydalara aid dəyişikliklər və ya yeniləmələr dərhal qüvvəyə minəcək və Platforma istifadəçiləri məxfilik siyasətində və məlumatların qorunması ilə bağlı dəyişikliklər barədə xəbərdar edəcək İstifadəçinin davam etməsi o mənaya gəlir ki, İstifadəçilər bu cür dəyişikliklərlə razılaşırlar.

9. Yekun müddəalar

9.1. Hər bir İstifadəçi Şərtlərin bütün müddəalarını qeyd-şərtsiz qəbul etmiş hesab olunur.

9.2. Tərəflər Şərtlər üzrə öhdəliklərinin icrası ilə bağlı yaranan məsuliyyətlər və digər tələblər üçün hüquqi yollara müraciət etmək hüququnu özündə saxlayır.

9.3. Bu Razılaşma Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh olunur. Mübahisələr danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir.